
Bakı, 16 aprel 2021 – Newtimes.az
ABŞ Prezidenti Co Bayden bəşəriyyətin qarşılaşacağı növbəti pandemiyaya artıq indidən hazır olmağa çağırıb.
AZƏRTAC Amerika telekanallarına istinadla xəbər verir ki, Cozef Bayden bu fikri Ağ evdəki çıxışı zamanı səsləndirib.
ABŞ Prezidentinin sözlərinə görə, bənzər pandemiyalar onun administrasiyasının üzərində mütləq işləməli olduğu aktual məsələlərdən biridir.
Qeyd edək ki, Cozef Bayden ötən ilin dekabr ayında canlı yayımda "Pfizer'' və "BioNTech'' kompaniyaları tərəfindən hazırlanan koronavirus əleyhinə ilk vaksin dozasını vurdurmuşdu. O, öz nümunəsi ilə amerikalıları vaksinin təhlükəsizliyinə inandırmağa çalışırdı.
98 il sonra: Dağlıq Qarabağın taleyi dəyişdi
SSRİ tərəfindən Dağlıq Qarabağa muxtariyyət verilməsinin növbəti ildönümündə Azərbaycan Prezidenti İlham Əliyev faktiki olaraq, muxtariyyətin ləğvi haqqında fərman imzalayıb.
Davamı...