
Bakı, 17 mart 2021 – Newtimes.az
"Rusiya Prezidenti Vladimir Putin 2020-ci ildə ABŞ-da keçirilən seçkiyə müdaxiləsinin bədəlini ödəyəcək".
"Report" xəbər verir ki, bunu ABŞ Prezidenti Cozef Bayden ABC telekanalına müsahibəsində deyib.
Məlumata görə, ABŞ kəşfiyyatının martın 16-da açıqlanan hesabatında Moskva keçmiş Prezident Donald Trampı dəstəkləməyə cəhddə, Cozef Baydeni nüfuzdan salmaqda və ABŞ cəmiyyətinə "nifaq toxumu səpməkdə" ittiham olunur.
Seçkilərə İran, "Hizbullah" və Kubanın da müdaxilə etməyə cəhd göstərdikləri bildirilib. Hesabatda Çinin ABŞ-dakı seçkiyə müdaxilə etmədiyi də qeyd olunub.
Kremlin sözçüsü Dmitri Peskov isə Rusiyanın ABŞ-dakı seçkiyə müdaxilə etmədəyini bildirib.
98 il sonra: Dağlıq Qarabağın taleyi dəyişdi
SSRİ tərəfindən Dağlıq Qarabağa muxtariyyət verilməsinin növbəti ildönümündə Azərbaycan Prezidenti İlham Əliyev faktiki olaraq, muxtariyyətin ləğvi haqqında fərman imzalayıb.
Davamı...