THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

ABŞ Senatı 1,9 trilyon dollarlıq iqtisadi paketi təsdiqləyib

Siz buradasınız: Əsas səhifə »» AMERİKA »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
6966
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 7 mart 2021 – Newtimes.az

ABŞ Konqresinin Senatı iqtisadiyyatı stimullaşdırmaq məqsədilə 1,9 trilyon dollarlıq paketi təsdiqləyib.

APA "RİA Novosti''yə istinadən xəbər verir ki, amerikalı senatorların paketi dəstəkləməsi ilə bağlı palata iclası "C-Span'' telekanalında canlı yayımlanıb.

50 senator qanun layihəsinin lehinə, 49 nəfər isə əleyhinə səs verib.

İclas zamanı qanun layihəsinə dəyişiklik edilərək, 2025-ci ilədək minimum əmək haqqının saatda 15 dollara qaldırılmasına dair bənd ixtisara salınıb.

Sənəd bir daha aşağı palatada səsvermədən keçməlidir, bundan sonra yenə eyni formada qalarsa, imzalanması üçün dövlət başçısına təqdim ediləcək.

Bundan əvvəl ABŞ Prezidenti Co Bayden Konqresi 1,9 trilyon dollarlıq stimullaşdırma paketini ən qısa müddətdə qəbul etməyə çağırıb.

Bu paket pandemiya ilə mübarizədə təqribən 400 milyard dollar ayrılmasını nəzərdə tutur. 1 trilyon dollar əhaliyə yardım üçün, qalan hissəsi iqtisadiyyatın stimullaşdırılması üçün sərf olunacaq. Vətəndaşlara birbaşa aylıq ödənişlər 2 min dollara qədər artacaq.

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

98 il sonra: Dağlıq Qarabağın taleyi dəyişdi
09 iyul 2021 ANAJ

98 il sonra: Dağlıq Qarabağın taleyi dəyişdi

SSRİ tərəfindən Dağlıq Qarabağa muxtariyyət verilməsinin növbəti ildönümündə Azərbaycan Prezidenti İlham Əliyev faktiki olaraq, muxtariyyətin ləğvi haqqında fərman imzalayıb.

Davamı...
"Azərbaycan, Rusiya və Türkiyə Ermənistanı müstəqil dövlət hesab etmirlər"
16 aprel 2021 Aravot-ru.am

"Azərbaycan, Rusiya və Türkiyə Ermənistanı müstəqil dövlət hesab etmirlər"

Ermənistan ayrıca bir subyekt kimi qəbul edilmir

Davamı...