THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

ABŞ-dan dünya təhlükəsizliyinə daha bir zərbə

Siz buradasınız: Əsas səhifə »» AMERİKA »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
5231
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 26 aprel 2019 – Newtimes.az

Donald Tramp ABŞ-ın Beynəlxalq silah satışına dair müqavilədən çıxdığını bəyan edib.

"Mənim administrasiyam heç vaxt Beynəlxalq silah satışına dair müqaviləni ratifikasiya etməyəcək. Mən rəsmi surətdə bəyan edirəm ki, ABŞ hər kəsdə yanlış təsəvvür yaradan sazişin altından öz imzasını geri çağıracaq", – Tramp bildirib.

Sputnik Azərbaycan-ın məlumatına görə, prezident əlavə edib ki, rəsmi bildiriş tezliklə BMT-yə göndəriləcək.

Bu bəyanatdan sonra Tramp Konqresə ünvanlanan müqavilənin ratifikasiya prosesini dayandırmaq barədə göstərişi imzalayıb.

"Mən hakimiyyətdə olarkən biz Amerikanın suverenitetini heç kimə verməyəcəyik. Biz heç vaxt imkan verməyəcəyik ki, əcnəbi bürokratlar İkinci düzəlişi (silah gəzdirmək hüququ) ayaqlar altına atsınlar", – prezident deyib.

Rusiya Federasiya Şurasının Müdafiə və təhlükəsizlik komitəsinin üzvü Frans Klinseviç Tarmpın qərarını şərh edib. Onun sözlərinə görə, bu qərar beynəlxalq təhlükəsizliyə zərbə vuracaq.

"Mütləq şəkildə dünyadakı gərginlik ocaqlarının sayı artacaq. İndi ABŞ silah satışının həcmini dəfələrlə artıracaq", – Klinseviç deyib.

O bildirib ki, ABŞ-ın bu qərarı son illər Amerika silahının rəqabət qabiliyyətinin ciddi şəkildə zəifləməsindən doğur.

Beynəlxalq silah satışına dair müqavilə 2013-cü il aprelin 2-də BMT Baş Assambleyasında təsdiq edilib. Müqavilə silah satışının məhdudlaşdırılmasına yönəlib. İndiyədək 50 ölkə bu sazişi ratifikasiya edib.

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

98 il sonra: Dağlıq Qarabağın taleyi dəyişdi
09 iyul 2021 ANAJ

98 il sonra: Dağlıq Qarabağın taleyi dəyişdi

SSRİ tərəfindən Dağlıq Qarabağa muxtariyyət verilməsinin növbəti ildönümündə Azərbaycan Prezidenti İlham Əliyev faktiki olaraq, muxtariyyətin ləğvi haqqında fərman imzalayıb.

Davamı...
"Azərbaycan, Rusiya və Türkiyə Ermənistanı müstəqil dövlət hesab etmirlər"
16 aprel 2021 Aravot-ru.am

"Azərbaycan, Rusiya və Türkiyə Ermənistanı müstəqil dövlət hesab etmirlər"

Ermənistan ayrıca bir subyekt kimi qəbul edilmir

Davamı...