THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Donald Trampa NATO-dan çıxmağı qadağan etdilər

Siz buradasınız: Əsas səhifə »» AMERİKA »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
196
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 23 yanvar 2019 – Newtimes.az

ABŞ Konqresinin Nümayəndələr Palatası ölkə Prezidenti Donald Trampın NATO-dan çıxmasını qadağan edən qanun layihəsini təsdiq edib.

AZƏRTACamerikan KİV-lərinə istinadla xəbər verir ki, qanun layihəsinin müəllifi olan demokrat Cim Panettanın bəyanatında göstərilib ki, bu sənəd "Prezidentin alyansdan çıxmaqla bağlı bütün cəhdlərini və bunun üçün dövlət vəsaitlərindən istifadə etməsini" qadağan edir. Bundan başqa, yeni qanunla NATO-ya üzv dövlətlərin öz ÜDM-lərinin ən azı 2 faizini müdafiə məqsədlərinə və Rusiyanın potensial təcavüzünə qarşı Avropa təşəbbüsünə maliyyə vəsaiti kimi ayrılması dəstəklənir.

Yanvarın ortalarında məlum olub ki, Prezident Tramp öz şəxsi söhbətlərində bir neçə dəfə NATO-dan çıxmaq arzusunu ifadə edib. "The New York Times" yazır ki, bu qərarın reallaşdırılması Şimali Atlantika Alyansının tamamilə dağılması deməkdir.

2018-ci ilin yayında keçirilən NATO-nun sammitində ABŞ Prezidenti özünün milli təhlükəsizlik üzrə müşavirlərinə deyib ki, alyansın mövcudluğunun heç bir mənası yoxdur və bu təşkilatı tərk etmək lazımdır. O, alyansın digər üzvlərinin üzvlük haqqının az olmasını da bir neçə dəfə bəyan edib. Tramp hesab edir ki, üzv dövlətlərin üzvlük haqqı ÜDM-nin 2 faizi deyil, ən azı 4 faizi səviyyəsində olmalıdır. Çünki ABŞ NATO-ya onların hamısından çox – ÜDM-nin 3,58 faizini ödəyir.

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Yerevan Moskvanı şantaj edir
05 sentyabr 2019 1in.am

Yerevan Moskvanı şantaj edir

"Yerevanın Moskvaya layiqli cavabı: Rusiyada başa düşməlidirlər ki, vəziyyət dəyişib"

Davamı...
2019-cu ildə keçirilmiş "ümumerməni oyunlar"ı sülh perspektivinə kölgə saldı
29 avqust 2019 Foreign Policy Journal

2019-cu ildə keçirilmiş "ümumerməni oyunlar"ı sülh perspektivinə kölgə saldı

Bir müddət əvvəl mübahisəli Dağlıq Qarabağ regionunda "ümumerməni oyunları'' təşkil olunub. Amma bu, beynəlxalq səviyyədə lazımi dərəcədə pislənməyib.

Davamı...