THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

ABŞ Avropadakı müttəfiqlərinə qarşı sanksiyalar tətbiq edə bilər

Siz buradasınız: Əsas səhifə »» AMERİKA »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
216
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 14 may 2018 – Newtimes.az

Bazar günü ABŞ administrasiyası İranla biznes aparan Avropa şirkətlərini onlara qarşı sanksiyalar tətbiq edəcəyi ilə hədələyib. Çünki İranla nüvə sazişinin iştirakçıları bu razılığı işlək vəziyyətdə saxlamaq qərarına gəliblər.

AZƏRTAC xəbər verir ki, ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton İranla işgüzar əlaqələri dəstəkləyən Avropa şirkətlərinə ABŞ-ın sanksiyalar tətbiq edəcəyinin "mümkünlüyünü" bildirib. Eyni zamanda, ABŞ dövlət katibi Mayk Pompeo deyib ki, o, hələ də Vaşinqton və onun müttəfiqlərinin Tehranla yeni nüvə sazişi üzrə razılığa gəlmələrinə ümid edir.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp ötən həftə İranla Obama administrasiyasının imzaladığı nüvə sazişindən Birləşmiş Ştatların çıxdığını bəyan etmişdi. Hazırda Çin, Fransa, Rusiya, Böyük Britaniya, Almaniya və İran sazişdə qalıb. Bu saziş İranın nüvə proqramının üzərində nəzarətə şərait yaradıb və Tehrana, həmçinin İranda biznes aparan şirkətlərə qarşı iqtisadi sanksiyaların zəifləməsinə gətirib çıxarıb.

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Yerevan Moskvanı şantaj edir
05 sentyabr 2019 1in.am

Yerevan Moskvanı şantaj edir

"Yerevanın Moskvaya layiqli cavabı: Rusiyada başa düşməlidirlər ki, vəziyyət dəyişib"

Davamı...
2019-cu ildə keçirilmiş "ümumerməni oyunlar"ı sülh perspektivinə kölgə saldı
29 avqust 2019 Foreign Policy Journal

2019-cu ildə keçirilmiş "ümumerməni oyunlar"ı sülh perspektivinə kölgə saldı

Bir müddət əvvəl mübahisəli Dağlıq Qarabağ regionunda "ümumerməni oyunları'' təşkil olunub. Amma bu, beynəlxalq səviyyədə lazımi dərəcədə pislənməyib.

Davamı...