THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

"ABŞ Rusiyaya qarşı tamhəcmli ticarət müharibəsinə başladığını elan etdi"

Siz buradasınız: Əsas səhifə »» AMERİKA »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
5318
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 3 avqust 2017 – Newtimes.az

"ABŞ yeni sanksiyalar haqqında qanunu qəbul etməklə Rusiyaya qarşı tamhəcmli ticarət müharibəsinə başladığını elan etdi”.

"Report” BBC-yə istinadən xəbər verir ki, bunu Rusiyanın Baş naziri Dmitri Medvedev "Facebook” səhifəsində yazıb.

Rusiya hökumətinin başçısı sanksiyalar barədə qanuna münasibət bildirərək yazıb: "Birincisi, ABŞ-ın yeni administrasiyası ilə münasibətlərin yaxşılaşacağına ümid öldü. İkincisi, Rusiyaya qarşı tamhəcmli ticarət müharibəsi elan edildi. ABŞ siyasətçiləri Trampı təmiz məğlub etdilər. ABŞ prezidenti sanksiyanın qəbul edilməsinə şad deyil, bununla belə o, bunu imzalamaya da bilməzdi. Yeni sanksiyalar ilk növbədə Trampı yerində oturtdu. Qarşıda yeni yanaşmalar var. Son hədəf onu hakimiyyətdən uzaqlaşdırmaqdır. Sistemdən kənar oyunçu məhv edilməlidir”.

Qeyd edək ki, avqustun 2-də ABŞ prezidenti İran, Rusiya və Şimali Koreyaya qarşı yeni sanksiyalar haqqında qanun layihəsini imzalayıb.

Xatırladaq ki, iyulun 28-də ABŞ Senatı Rusiya, İran və Şimali Koreyaya qarşı "Sanksiyalar vasitəsilə ABŞ-ın düşmənlərinə qarşı mübarizə” haqqında qanunu qəbul edib. Konqresin səsvermə hüququ olan 435 üzvündən 419-u, Senatda isə 98 senator sənədin lehinə, eləcə də 3 konqresmen və 2 senator qanunun əleyhinə səs verib.

Ümumilikdə, 184 səhifəlik sənədin yarısı Rusiyaya həsr edilib. Orada Moskvanın Ukraynadakı fəaliyyəti, ABŞ və başqa dövlətlərdə kibertəhlükəsizliyə ziyan vurulması və seçkilərin nəticələrinə təsir etməyə cəhd, Suriyadakı Bəşşar Əsəd rejimini dəstəkləməsi, korrupsiya, insan haqlarını pozması və başqa bu sayaq məsələlərlə bağlı əməlləri öz əksini tapıb. Sanksiya Rusiyanın neft-qaz və maliyyə sahələrini əhatə edir.

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Türkiye-Azerbaycan: Savunma iş birliğinden askeri ittifaka
03 noyabr 2017 Anadolu Ajansı

Türkiye-Azerbaycan: Savunma iş birliğinden askeri ittifaka

Türkiye ile Azerbaycan arasındaki kardeşlik bağları Güney Kafkasya stratejik dengesini değiştirecek bir askeri ittifak haline gelmiş durumda.

Davamı...
Баку-Тбилиси-Карс оставляет Армению вне игры?
30 oktyabr 2017 Regnum

Баку-Тбилиси-Карс оставляет Армению вне игры?

«Армения становится тысячелетней слепой совой, сидящей на высоком камне на перекрестке больших дорог»

Davamı...