THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

FTB-nin keçmiş rəhbəri "Rusiya məsələsi"ndən boyun qaçırdı

Siz buradasınız: Əsas səhifə »» AMERİKA »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
193
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 8 iyun 2017 – Newtimes.az

ABŞ Federal Təhqiqatlar Bürosunun sabiq direktoru Ceyms Komi ABŞ prezidentinin milli təhlükəsizlik üzrə sabiq müşaviri Maykl Flinnin Rusiyanın Vaşinqtondakı səfiri Sergey Kislyakla danışığının məzmununu şərh etməkdən imtina edib.

APA-nın verdiyi xəbərə görə, Senatın kəşfiyyat üzrə xüsusi komitəsində keçirilən dinləmələr zamanı senatorlardan biri Ceyms Komidən "Washington Post''un 23 yanvar tarixli ''FTB Flinn-Kislyak danışıqlarını araşdırıb və şübhəli heç bir şey aşkarlamayıb'' sərlövhəli xəbəri şərh etməsini xahiş edib.

''Mən bunu şərh etmək istəmirəm. Mən kifayət qədər əminəm ki, FTB heç bir danışıqları təsdiqləməyib'', – deyə Komi qeyd edib.

KİV-lər xüsusi xidmət qurumlarına istinadən Maykl Flinnin səfir Sergey Kislyakla Rusiyaya qarşı sanksiyaların ləğvi barədə danışıqlar apardığını iddia etmişdilər. KİV-lər Flinni danışıqların məzmununu tam açıqlamamaqda suçlamışdılar. Flinn ittihamları rədd etsə də, qeyd olunan qalmaqal fonunda istefa vermişdi. Kreml Flinn-Kislyak danışıqlarının keçirildiyini etiraf edir. Amma Moskva danışıqların məzmununun təhrif edildiyini iddia edir.

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Trade war set to be the United States' next foreign policy quagmire
24 sentyabr 2018 The Hill

Trade war set to be the United States' next foreign policy quagmire

History is littered with real wars, like those in Afghanistan, Iraq and Vietnam, that...

Davamı...
Russian military 'drills' point to imminent final clash in Syria
30 avqust 2018 The Washington Times

Russian military 'drills' point to imminent final clash in Syria

Russia's navy announced it will open ''large-scale drills'' in the Mediterranean on...

Davamı...