THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Obama: "Rusiyanın Suriyaya hərbi müdaxiləsi bizim üçün gözlənilməz deyildi"

Siz buradasınız: Əsas səhifə »» AMERİKA »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
1229
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 12 oktyabr 2015 – Newtimes.az

Əgər düşünürsüzsə ki, liderlik yeganə müttəfiqinizi qorumaq üçün qoşunları quruda döyüşmək məqsədilə göndərməkdən ibarətdir, onda bizim liderlik barədə fərqli təsəvvürlərimiz var.

APA-nın xəbərinə görə, bu sözləri ABŞ prezidenti Barak Obama "CBS News" telekanalının "60 dəqiqə" proqramına müsahibəsində deyib. B.Obama aparıcının "Vladimir Putin sizin liderliyinizə təhdid yaradır" fikri ilə razılaşmayıb: "Mənim liderlik barədə təsəvvürüm iqlim dəyişikliyinə, İranın nüvə silahı əldə etməsinə qarşı dünya ictimaiyyətinin səfərbər edilməsindən ibarətdir".

B.Obama Rusiyanın Suriyadakı əməliyyatlarının ABŞ üçün gözlənilməz olmadığını və prosesləri diqqətlə izlədiklərini nəzərə çatdırıb: "Bizim yaxşı kəşfiyyatımız var. Biz Rusiyanın Suriyaya hərbi dəstək verəcəyini gözləyirdik. Əsədin hakimiyyətdə olduğu müddətdə mötədil müxalifət qüvvələrinin İŞİD-lə mübarizəyə cəlb edilməsi çətin olacaq. İraq və Suriyada İŞİD silahlıları gec, ya tez məhv ediləcək, lakin bunun üçün münasib məqam yetişməlidir. Regionun sünni əhalisi də İŞİD-lə mübarizəyə qoşulmalıdır. Suriya münaqişəsini hərbi vasitələrlə həll etmək mümkün deyil, bunu ancaq vacib aktorların iştirakı ilə siyasi yollarla həll etmək mümkündür".

Obama aparıcının ABŞ-ın Yaxın Şərqdəki mövqelərini itirməsi fikri ilə razılaşmayıb. O qeyd edib ki, regionda ABŞ-ın hərbi bazaları hələ də qalmaqdadır. O, Birləşmiş Ştatların Suriyaya quru qoşunları göndərməyə hazırlaşmadığını, İŞİD-ə aviazərbələr endirməyə davam edəcəklərini bildirib.

Newtimes.az

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Rusiya Ermənistanı silahlandırmağı dayandırmalıdır
15 sentyabr 2020 JewishPress.com

Rusiya Ermənistanı silahlandırmağı dayandırmalıdır

2016-cı ilin aprelində Qarabağda baş vermiş döyüşlər əslində, status-kvonu Bakının xeyrinə dəyişib.

Davamı...
Tam döyüş hazırlığında
10 sentyabr 2020 Lenta.ru

Tam döyüş hazırlığında

Ermənistan rəhbərliyi əhalini iqtisadi problemlərdən necə yayındırır

Davamı...