
Bakı, 27 iyun 2015 – Newtimes.az
Amerika Birləşmiş Ştatlarının Ali Məhkəməsi bütün ölkə ərazisində eynicinslilərin nikah hüququnu təmin edib.
"Qafqazinfo"nun RİA Novosti-yə istinadən məlumatına görə, ABŞ prezidenti Barak Obama bu qərarı "Amerika üçün qələbə" adlandırıb. Onun sözlərinə görə, bundan sonra amerikalılar daha azad və bərabər olacaqlar.
Obama bu xəbərin uzun zamandır ki, öz hüquqları, evlərində böyütdükləri uşaqların haqları uğrunda mübarizə aparan cütlüklər üçün çox sevindirici olduğunu qeyd edib:
"Eynicinslilərin nikahının qanuni elan olunması Amerika cəmiyyətinin bütövləşməsinə xidmət edəcək".
Xatırladaq ki, bu günə qədər Amerikanın yalnız 37 ştatında eynicinslilərin nikahına qanunla icazə verilirdi. Qərardan sonra isə bütün ölkə ərazisində evlənmək istəyən homoseksuallara yaşıl işıq yanacaq.
Qeyd edək ki, Ali Məhkəmənin homoseksualların qanuni nikah hüququnu təmin etməsinə 40-dan çox məşhur marka və təşkilatlar loqolarını rəngləyərək dəstək verib.
İlk dəstəkçilərdən biri sosial video platforması "YouTube" olub. Belə ki, dəstək üçün video hazırlayan təşkilat ABŞ-ın düzgün istiqamətdə bir addım atdığını qeyd edib.
"Starbucks" kofe şirkəti hadisəni qürurverici dəyərləndirib və #LoveWins həştəqi ilə dəstək verərək sevginin qalib gəldiyini ifadə edib.
Dəstəkçilərdən biri də son illərin reytinqli seriallarından olan "Game of Thrones"dir. Qəhrəmanlarından birinin obrazını LGBT bayrağı fonunda verən serial həştəqlərlə də dəstək olub.
Məşhur şokolad firması "SNICKERS" "olduğun kimi qal" şüarını seçib.
HTC "Qürur duyacağın həyatı yaşa" şərhi ilə mobil telefonlardan hazırladığı foto ilə dəstək verib.
Məşhur pivə markası "Miller Lite" də sevginin qalib gəldiyini ifadə edib.
"Visa" məhəbbətin hər yerdə qəbul olduğunu bəyan edib. Geyim markası "GAP" hər zaman bərabərlik istəyən həyat tərzi ilə seçildiklərini vurğulayıb.
Newtimes.az
Paşinyanın lovğalığı Ermənistanın aldadılması ilə nəticələndi
Və Ermənistan ordusu darmadağın edildi.
Davamı...