THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

ABŞ-ın Çarleston şəhərindəki kilsədə 9 nəfər güllələnib

Siz buradasınız: Əsas səhifə »» AMERİKA »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
1042
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 18 iyun 2015 – Newtimes.az

İyunun 17-də ABŞ-ın Cənubi Karolina ştatında yerləşən Çarleston şəhərindəki kilsədə 9 nəfər güllələnib. Bu barədə şəhərin meri Cozef Rayli məlumat verib.

AZƏRTAC ''TASS'' informasiya agentliyinə istinadla xəbər verir ki, bir qədər əvvəl asayiş keşikçiləri metodist kilsəsinin yaxınlığında bomba quraşdırıla biləcəyi barədə xəbərdarlıq etsələr də, sonradan bu informasiya təsdiqini tapmayıb. Həlak olanların sayı barədə məlumatlar da fərqlidir.

Hücumun baş verdiyi kilsəyə aparan bütün yollar nəzarət altına alınıb. Polis əməkdaşları atəş açmaqda şübhəli bilinən ağdərili gəncin axtarışını davam etdirir. Axtarışlara Federal Təhqiqatlar Bürosunun da cəlb olunduğu bildirilir. Qeyd edək ki, insident şəhərin qaradərili sakinləri arasında populyar olan kilsədə baş verib.

Polis idarəsində hadisənin nifrət zəminində baş verən cinayət kimi təhqiq olunacağını bildiriblər.

KİV-lərin məlumatına görə, bir qədər əvvəl ABŞ-da seçki kampaniyasına qatılan Florida Ştatının keçmiş qubernatoru Ceb Buş hadisə səbəbi ilə Çarlestona səfərindən vaz keçib.

Newtimes.az

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Rusiya Ermənistanı silahlandırmağı dayandırmalıdır
15 sentyabr 2020 JewishPress.com

Rusiya Ermənistanı silahlandırmağı dayandırmalıdır

2016-cı ilin aprelində Qarabağda baş vermiş döyüşlər əslində, status-kvonu Bakının xeyrinə dəyişib.

Davamı...
Tam döyüş hazırlığında
10 sentyabr 2020 Lenta.ru

Tam döyüş hazırlığında

Ermənistan rəhbərliyi əhalini iqtisadi problemlərdən necə yayındırır

Davamı...