THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

ABŞ izlədiyi qurumların kəskin tənqidi ilə üzləşib

Siz buradasınız: Əsas səhifə »» AMERİKA »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
1266
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 3 iyul 2013 – Newtimes.az

Amerika Birləşmiş Ştatları (ABŞ) Milli Təhlükəsizlik Agentliyinin Avropa İttifaqının institutları və xaricdəki missiyalarını izləməsi ilə bağlı xəbərlərə sərt reaksiyalar davam edir.

''Euronews'' kanalının məlumatına görə, bəzi siyasi liderlər hətta ABŞ-la birgə azad ticarət zonası barədə müzakirələrin aqibətini sual altına alırlar. Fransa prezidenti Fransua Oland ABŞ tərəfindən izləmə əməliyyatlarının dərhal dayandırılmasını tələb edib. O, rəsmi Vaşinqtondan lazımı zəmanət alınmayınca ticarət zonası da daxil olmaqla heç bir müzakirənin aparılmayacağını bildirib. Fransanın ticarət naziri Nikol Brik isə etimad münasibətlərinin yenidən yaradılmasına ehtiyac olduğunu deyib.

Almaniya hökuməti ABŞ xüsusi xidmət orqanlarının fəaliyyətini qəbuledilməz və ''soyuq müharibə'' dövrünü xatırladan hərəkət kimi qiymətləndirib. Kansler Angela Merkelin məsələni Amerika prezidenti Barak Obama ilə müzakirə edəcəyi gözlənilir.

Barak Obama Tanzaniyadakı mətbuat konfransı zamanı Avropadakı tərəfdaşları ilə əlaqə saxlayaraq onların narahatlıqlarına aydınlıq gətirəcəyini nəzərə çatdırıb.

ABŞ dövlət katibi Con Kerri məsələnin detalları ilə tanış olmadığını desə də, dövlətin öz milli maraqları xatirinə informasiya toplamasında qeyri-adi bir şey olmadığını bəyan edib.

Bu arada, Avropa İttifaqı qurumlarında izləmə cihazları ilə bağlı araşdırma və təmizlik işləri aparılır.

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"
31 oktyabr 2019 168.am

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"

"Xarici işlər nazirimiz Zöhrab Mnatsakanyan erməni tərəfinin Qarabağ məsələsində nəyə nail olmaq istədiyini faktiki olaraq, BBC-yə çatdıra bilmədi". Bunu politoloq Hrant Melik-Şahnazaryan bildirib.

Davamı...
Yerevan Moskvanı şantaj edir
05 sentyabr 2019 1in.am

Yerevan Moskvanı şantaj edir

"Yerevanın Moskvaya layiqli cavabı: Rusiyada başa düşməlidirlər ki, vəziyyət dəyişib"

Davamı...