THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Paytaxtda qarşıdurmalar: yüzlərlə ölü

Siz buradasınız: Əsas səhifə »» AFRİKA »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
838
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 10 iyul 2016 – Newtimes.az

Afrika ölkəsi olan Cənubi Sudanın paytaxtı Cubada hökumət qüvvələri ilə üsyançılar arasında yenidən silahlı qarşıdurma yaranıb. ANS PRESS-in məlumatına görə, döyüşlər zamanı ən az 272 nəfər ölüb. Bildirilir ki, Cənubi Sudan ötən gün azadlığının beşinci ildönümünü qeyd edirmiş.

Dövlət başçısı Salva Kiirin əmrində olan ordu qüvvələri ilə üsyançıların keçmiş lideri və dövlət başçısının köməkçisi Riek Maçarı dəstəkləyən hərbçilər arasındakı qarşıdurmalar çərşənbə günü başlamışdı. Ötən gün, yəni ölkənin azadlıq günündə sakit bir gün keçirən Cubada bu gün yenə şiddətli döyüşlər başlayıb.

"Reuters" xəbər agentliyinə açıqlama verən hökumət rəsmisi döyüşlərdə bu dəqiqəyə qədər 272 nəfərin öldüyünü bildirib.

Beş ildir azadlıq əldə edən Cənubi Sudan, 9 iyul 2011 tarixində dünyanın ən cavan ölkəsi olaraq tarixə düşüb.

Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Pan Gi Mun paytaxtdakı insident barəsində danışarkən "buradakı vəziyyət barədə həyəcan siqnalı vermək lazımdır" sözlərini söyləyib. O, açıqlamasında ölkənin azadlıq günündən bir gün əvvəl baş verən insidentin insanlara və insanlığa qarşı xəyanət olduğunu söyləyib.

Qeyd edilən ölkədə son bir ayda 10 əyalətdə qarşıdurma yaşanıb. Nəticə olaraq BMT-nin Təhlükəsizlik Şurası 1 iyulda Wau şəhərində təxminən 70 min insanın yerindən-yurdundan didərgin düşməsinə səbəb olan döyüşlərin dərin narahatlıq hiss etdirən xəbər olduğu barədə məlumat yaymışdı. Məlumatda ehtiyacı olan dinc sakinlərə humanitar yardım çatdırıla bilinməsi üçün tərəflər atəşkəsə çağırılmışdı.

Cənubi Sudanda 28 aprel və 17 avqust 2015-ci ildə hökumət ilə müxaliflər arasında imzalanan sülh anlaşmasının həyata keçirilməsi çərçivəsində mövcud hökumət ləğv edilərək müvəqqəti hökumət qurulub. Müvəqqəti hökumətdə vəzifə bölgüsü hökumət, müxalifət və keçmiş siyasi məhbuslar olmaq üzrə üç tərəf arasında bölüşdürülmüşdü.

Newtimes.az

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

"Foreign Policy": Ermənistanda "inqilabdan sonrakı" şadyanalıq başa çatıb
16 oktyabr 2018 Foreign Policy

"Foreign Policy": Ermənistanda "inqilabdan sonrakı" şadyanalıq başa çatıb

ABŞ-da nəşr olunan "Foreign Policy" jurnalında Ermənistanda korrupsiya və siyasi qarşıdurmalar barədə məqalə dərc edilib.

Davamı...
"The Washington Times" Con Boltonun Bakıya qarşıdakı səfəri və ABŞ-Azərbaycan strateji tərəfdaşlığı haqqında məqalə dərc edib
16 oktyabr 2018 Washington Times

"The Washington Times" Con Boltonun Bakıya qarşıdakı səfəri və ABŞ-Azərbaycan strateji tərəfdaşlığı haqqında məqalə dərc edib

ABŞ-ın ən etibarlı müttəfiqlərindən biri kimi Azərbaycanın rolu lazımınca qiymətləndirilməyib.

Davamı...