
Bakı, 16 iyun 2015 – Newtimes.az
Misir məhkəməsi iyunun 16-da ölkənin keçmiş dövlət başçısı Məhəmməd Mursi barəsində yekun qərarını verib.
AZƏRTAC xəbər verir ki, müsəlmanlar üçün müqəddəs sayılan Ramazan ayı ərəfəsində Misirin ali müftisi Şauki Allam məhkəmənin keçmiş prezident Məhəmməd Mursi barədə çıxardığı ölüm hökmünü təsdiqləyib.
Elə həmin gün, hökmün elan olunmasından bir neçə saat öncə Qahirə məhkəməsi Mursini dövlətə xəyanət və xarici dövlət lehinə casusluq maddələri üzrə ömürlük həbs cəzasına məhkum edib. Eyni zamanda, məhkəmənin "Müsəlman qardaşları” hərəkatının digər üç lideri barəsində çıxarılan ölüm hökmləri də təsdiqlənib.
Bundan başqa, hərəkatın xarici ölkələrə sığınan daha 13 yüksək vəzifəli üzvü də qiyabi olaraq ən yüksək cəzaya məhkum olunub.
Dövlətə xəyanət və xarici dövlət lehinə casusluq, həmçinin 2011-ci ilin yanvar inqilabı günlərində məhbusların həbsxanalardan kütləvi qaçışı barədə məhkəmə prosesi 16 aya qədər davam edib. İyul ayının axırında Məhəmməd Mursini daha bir məhkəmə proses gözləyir.
Hərbi çevriliş nəticəsində vəzifədən kənarlaşdırılaraq həbs edilən sabiq prezidentin vəkilləri hökmdən ölkənin ali məhkəmə orqanına şikayət etməyi planlaşdırırlar.
Newtimes.az
Cənubi Qafqaz üçün sülh nə deməkdir?
Atəşkəs müqaviləsi qorunub-saxlanarsa, regionda sülh bərqərar olarsa, Cənubi Qafqaz, nəhayət, sabit bölgəyə çevrilə bilər.
Davamı...