THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Misir prezidenti müdafiə nazirini vəzifəsindən kənarlaşdırdı

Siz buradasınız: Əsas səhifə »» AFRİKA »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
4823
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Misir Prezidenti Məhəmməd Mursi ölkənin müdafiə naziri Hüseyn Təntavini istefaya göndərib. Təntavi həm də müvəqqəti hakimiyyət orqanına - Ali Hərbi Şuraya başçılıq edirdi. Bu barədə yerli Avronyus televiziyası xəbər verir. Məlumata görə, Təntavinin yerini marşal Əbdülfəttah Sisi tutacaq.

Mursi həmçinin Baş Qərargahın rəisi Sami Ənanı vəzifəsindən kənarlaşdırıb və hərbçilərə qanunvericilik hakimiyyəti verən Konstitusiya bəyannaməsini ləğv edib. Bəyannamə prezident seçkilərindən bir müddət əvvəl Ali Hərbi Şura tərəfindən qəbul olunmuşdu.

Bundan əlavə, Mursi yeni vitse-prezident təyin edib. Bu, hüquqşünas Mahmud Məkkidir. Məkki son 30 ildə Misirin ikinci vitse-prezidenti olub.

Hərbçilər Misirdə hakimiyyəti 60 il əvvəl zəbt ediblər. O vaxtdan bu yana onlar ölkədə əsas vəzifələri tutublar. Müşahidəçilər qeyd edirlər ki, istefaya göndərilən marşal Hüseyn Təntavi və general Sami Ənan dövlət başçısının qərarını şərh etmirlər. Bu, tərəflərin əvvəlcədən razılığa gəldiyinin göstəricisi ola bilər.

Ancaq ölkədə bir məsələdən narahatlıq var. Hakimiyyətdə baş verən dəyişikliklər ikihakimiyyətliliyin sonu yox, yeni diktaturanın başlanğıcı ola bilər. Prezidentin əlaeyhinə danışmış bir jurnalist və özəl telekanalın məhkəməyə verilməsi bunun əlamətlərindən sayılır.

Ətraflı: http://ru.euronews.com/2012/08/14/egypt-waits-to-see-where-morsi-in-charge-will-lead/

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Müharibəni necə bərpa etməli?
23 aprel 2019 The Washington Times

Müharibəni necə bərpa etməli?

Dağlıq Qarabağ müharibəsi təkcə Cənubi Qafqazda deyil, həm də ABŞ-dakı erməni diasporu və Amerika Erməni Milli Komitəsi (ANCA) kimi erməni təşkilatları tərəfindən Birləşmiş Ştatlarda aparılır.

Davamı...
Yeni enerji inqilabı rusları həyəcanlandırmağa başlayarsa...
25 mart 2019 The Washington Times

Yeni enerji inqilabı rusları həyəcanlandırmağa başlayarsa...

Azərbaycanın yeni İpək Yolundakı mövqeyi onun bölgədə aparıcı rola yiyələnməsi üçün nəzərdə tutulub. O, bu rola hazırdır.

Davamı...