
Sidi-Buzid şəhərində nümayişçiləri dağıtmaq üçün Tunis polisi rezin güllələr və gözyaşardıcı qazlardan istifadə edib. Məhz buradan ilyarım əvvəl yerli ticarətçi Məhəmməd Buazizinin etirazı ilə “ərəb baharı”na gətirib çıxaran hadisələr başlanmışdı.
Yerli həkimlərin məlumatına görə, polislə toqquşmada 6 adam yaralanıb. Meydana toplaşan etirazçılar Ben Əli reyiminin devrilməsindən sonra çox az şeyin dəyişməsinə hiddətlərini bildiriblər. İlk növbədə, sakinləri işsizlik problemi narahat edir. Bundan başqa, demokratik dəyişikliklər cüzidir.
Aksiya iştirakçıları “bütün qurbanlar əbəs imiş”, - deyirlər. Bu, birinci nümayiş deyildir. İyun və iyul aylarında minlərlə tunisli əməkhaqının gecikməsindən və qiymətlərin baha olmasından narazılıq etmişdilər.
Ətraflı: http://ru.euronews.com/2012/08/09/clashes-in-tunisia-town-that-sparked-arab-spring/
"Azərbaycan, Rusiya və Türkiyə Ermənistanı müstəqil dövlət hesab etmirlər"
Ermənistan ayrıca bir subyekt kimi qəbul edilmir
Davamı...