THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Yeni dünya nizamının təsiri - Ərəb oyanışı

Siz buradasınız: Əsas səhifə »» AFRİKA »»
 1 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
17856
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Son yüz ildə planetin geosiyasi durumu əvvəl ikiqütblü, sonra isə təkqütblü olması ilə səciyyələnmiş və baş verən bütün proseslər bu qütblərin birbaşa müdaxiləsi və iştirakı ilə formalaşmışdır. Əgər ikiqütblü dünya bloklararası qarşıdurma əsasında iki dünya müharibəsinə və sonralar soyuq müharibəyə səbəb olmuşdusa, Varşava Müqaviləsi Paktının dağılmasından sonra yaranmış təkqütblü model planetimizin müxtəlif yerlərində münaqişə ocaqlarının yaranmasına, radikallığa və bunun təsiri altında terrorizmin güclənməsinə səbəb olmuşdur.

Lakin artıq geosiyasətdə yeni trendlər müşahidə olunmaqdadır. Avropa İttifaqının Qərb bloku daxilində fərqlənməsi, eləcə də BRİC ölkələrinin (Braziliya, Rusiya, Hindistan, Çin) hələlik iqtisadi də olsa yeni güc mərkəzinə çevrilməsi yaxın gələcəkdə təkqütblü dünya nizamının problemlərlə üzləşəcəyindən xəbər verir.

Yeni dünya nizamının formalaşmasının müxtəlif təlatümlərlə müşahidə olunacağı şübhəsizdir. Eyni zamanda yeni sistemin yaranması iqtisadi böhran və tərəddüdlərin də təkanverici qüvvəsidir. Bütün bu nüansları nəzərə alaraq Avropa İttifaqının və Avro-Atlantik blokun mövcud sistemdə üstün mövqelərini qorumaq və daha da gücləndirmək üçün səylərini artırması labüd görünür.

Bir sıra mütəxəssislər belə hesab edirlər ki, "ərəb oyanışı” adlı hərəkatın həqiqi səbəbləri  Qərb ölkələrinin yeni bazarlara daxil olmaq planları ilə bağlıdır.

Digər tərəfdən, hazırda qlobal maliyyə böhranının ən güclü təsiri Avropa iqtisadiyyatında hiss edilir. Avropa İttifaqına üzv ölkələrdən 25-nin liderləri (Birləşmiş Krallıq və Çex Respublikası istisna olmaqla) avrozonada maliyyə böhranının qarşısını almaq üçün cari ilin 2 mart tarixində yeni maliyyə sazişi imzaladılar. Bu saziş büdcə kəsiri səbəbindən müflisləşmə ilə üzləşən ölkələrin sanksiyalara məruz qalmasını nəzərdə tutur. Lakin yalnız büdcə xərclərinə nəzarəti artırmaqla böhrandan çıxmaq olduqca çətin görünür. Avropa İttifaqının geosiyasi maraqlarının onun iqtisadi vəziyyətini bir neçə dəfə üstələməsi böhranın ayrı-ayrı ölkələrə daha ciddi təsir göstərməsinə səbəb olur və yeni çıxış yollarının axtarılmasına zərurət yaradır.

Bir sıra mütəxəssislər belə hesab edirlər ki, "ərəb oyanışı” adlı hərəkatın həqiqi səbəbləri Qərb ölkələrinin yeni bazarlara daxil olmaq planları ilə bağlıdır. Belə ki, Varşava Müqaviləsi Paktı dağıldıqdan sonra Avropa İttifaqı öz geosiyasi maraqlarında, eləcə də iqtisadi maraqlarında Şərqə doğru genişlənmək tendensiyası götürmüşdü.

Bu siyasətin nəticəsidir ki, Avropa İttifaqı Şərqə doğru genişlənərək keçmiş sosialist bloku ölkələrini ittifaqa daxil etdi və hazırda 27 dövləti əhatə edir. Bundan sonrakı ərazilər isə həm bufer olaraq inteqrasiya proseslərinə qoşulur, həm də müxtəlif liberallaşma, üstün iqtisadi potensial və digər metodlar hesabına Aİ üçün yeni bazar rolunu oynayır. Aİ-nın maliyyə institutları, dövlət və özəl şirkətləri tərəfindən bu ölkələrə investisiya qoyuluşları, hətta əvəzsiz maliyyə yardımları, qrantlar, texniki yardımlar özü-özlüyündə yeni bazarın tam potensialına hesablanmışdı.

Yəni, bütün bu maliyyə resursları dövri hərəkət edərək nəticədə ilkin mənbəyə qayıdır, Qərb ölkələrinə gəlir gətirirdi. Qoyulan investisiyalar yüksək texnologiyaların, daha sonra isə ərzaq məhsullarından tutmuş maşın və avadanlıqların satışı da daxil olmaqla demək olar ki, əksər məhsulların ixracı hesabına yenidən maliyyə transferlərinin Qərbə istiqamətlənməsinə səbəb olur. Əvəzsiz yardımlar belə donor ölkələrin siyasi və iqtisadi maraqlarına xidmət edir.

Lakin yeni müstəqil dövlətlərin iqtisadi potensialı artıq Avropanın genişlənən geosiyasi tələblərinin ödənilməsinə kifayət etmir. Digər tərəfdən Avropanın Şərq qonşularının iqtisadi cəhətdən güclənməsi onların bir çox məhsulları özlərinin istehsal etməsi və hətta bəzi kateqoriya məhsulları Avropaya ixrac etməsinə gətirib çıxarmışdır. Bu dövlətlər artıq Avropa bazarlarına daxil olmağa çalışır, rəqabət yaradır, Avropaya investisiya qoyaraq bundan faydalanmağa başlayırlar. Belə bir şəraitdə yeni gəlir mənbəyinin istiqaməti Cənuba doğru dəyişir və müvafiq olaraq Aİ-nin xarici siyasətinin prioriteti də Şərqdən Cənuba yönəlir. Bunu 5 mart 2012-ci ildə "Vışeqrad qrupu”, "Şərq Tərdaşlığı” və Avropa İttifaqı ölkələrinin görüşündə Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali nümayəndəsi Ketrin Eştonun aşağıdakı sözləri də təsdiq edir: "Şərq Tərəfdaşlığı ölkələri ilə əməkdaşlıq Aİ-nin xarici siyasətinin prioritet istiqamətlərindən biri olaraq qalır, baxmayaraq ki, Avropa diplomatiyasının səyləri artıq Cənub qonşuları regionuna yönəlib”. 

Aİ-nin xarici siyasətdə prioritet istiqamətini dəyişməsində xüsusi bir məqam müşahidə olunur. Maraqlıdır ki, Varşava Müqaviləsi Paktının dağılmasından sonra formalaşan dünya nizamı yeni tələblərlə çıxış etdiyi dövrdə Avropa öz xarici siyasətində həmin dövrədək prioritet olan Afrika-Karib-Sakit okean regionunu (ACP) ikinci plana düşürmüş, Şərq istiqamətini isə prioritet etmişdi.

Avropanın xarici siyasətində 1957-ci ildən prioritet olan ACP regionu Avropanın keçmiş müstəmləkə ölkələri ilə xüsusi münasibətlərini tənzimləmək və bu ölkələrdən xammal asılılığını kompensasiya etmək üçün eyni siyasəti həyata keçirirdi. 1957-ci ildə Avropa İqtisadi Birliyinin altı üzv dövləti ilə 18 keçmiş müstəmləkə dövlətləri arasında əməkdaşlığı əhatə edən bu proqram hazırda Aİ-nin Afrika-Karib-Sakit okean regionunun 78 ölkəsi ilə münasibətlərini əhatə edir. Bu qrupa Afrikanın Şimal hissəsi, yəni ərəb ölkələri istisna olmaqla kontinentin bütün digər ölkələri daxil idi. Yalnız 1990-cı illərdəki məlum dəyişikliklərdən sonra bu region Aİ-nin xarici siyasətində öz əvvəlki əhəmiyyətini itirdi.

Maraqlıdır ki, Aİ-nin həmin dövrədək xüsusi münasibətdə olduğu ölkələrlə siyasətində əsas istiqamət ticarətin liberallaşması, özəl sektorun təşviqi, qeyri-dövlət aktorlarının cəmiyyətdə və iqtisadiyyatda rolunun artması, vətəndaş cəmiyyəti üstünlük təşkil etdiyi halda, sonrakı mərhələdə həm Şərq, həm də Cənub qonşuları ilə münasibətlərdə demokratikləşmə tələbi ilkin şərtə çevrilmişdir.  

Nəhayət III minilliyin ikinci onilliyində – dünya ərəb oyanışı ilə silkələnir. Demokratikləşmə, söz və fikir azadlığı tələbləri səslənir. Hədəf Şimali Afrikanın və Yaxın Şərqin ərəb ölkələridir. Hər şey sadə görünə bilər. Yalnız Qərbin bu proseslərdə əsas aktor olması proseslərə bir qədər dərindən baxmağı tələb edir.

Avroatlantik məkanı bürüyən böhranın dərinləşməsi və qlobal üfüqdə yeni güc mərkəzlərinin parlaması Qərb ölkələrini iki çağırış qarşısında qoyur: yeni xammal və ticarət bazarlarının tapılması iqtisadi böhran üçün çarə ola bilər. Dünyanın geopolyarlaşmasının tələblərinə cavab vermək üçün nüfuz dairəsinin genişləndirilməsi yeni təhlükəsizlik və təsir zonasının yaradılmasına xidmət edə bilər.

Aİ-nin son 50 ildə "xüsusi” münasibətlərdə olduğu yuxarıda qeyd etdiyimiz regionları xəritə üzrə canlandırsaq Ərəb dünyasının "köhnə-yeni” bazar olduğu açıq-aydın görünür. Eyni zamanda son illər bəzi ərəb dövlətlərinin dünya ağalığı ilə hesablaşmadığını nəzərə alsaq regionun niyə hədəf seçilməsi aydınlaşır. Regionun zəngin təbii ehtiyatları, eləcə də geostrateji mövqeyi onun qarşıya çıxan hər iki çağırış üçün əhəmiyyətini göstərir. Bu iki faktordan başqa niyə məhz ərəb dünyası sualına belə bir əlavə etmək olar ki, son illər islam ölkələrinin və ümumilikdə müsəlman cəmiyyətinin radikallıqda ittiham olunması hazırda bu regionda aşılanmağa çalışılan tənzimlənən demokratik islahatların istənilən effekti verməyəcəyi halda ssenarinin dəyişdirilməsi planı ola bilər.

Yəni, bir sıra ərəb ölkələrində baş verən hakimiyyət dəyişiklikləri Qərbin istəmədiyi qüvvələrin (müsəlman qardaşları kimi dini qruplaşmaların) güclənməsinə səbəb olacağı halda (bunun da bəzi işartıları artıq görünür) ikinci bir müdaxilə olacağı ehtimalı hər zaman gündəlikdədir. Belə ehtimal etmək olar ki, proseslərin axarında indiki tendensiyalar yalnız birinci mərhələdir. Ümumiyyətlə "ərəb oyanışı"nın Yaxın Şərqə və Şimali Afrikaya tərəqqi və rifah gətirəcəyini hələlik heç kim iddia edə bilməz.

Digər tərəfdən ərəb dünyasına daxildən baxdıqda çox da dinamik olmayan bu cəmiyyətdə son bir neçə yüz ildə təxminən 50 ildən bir geosiyasi mühitə təsir edəcək tsiklik proseslərin baş verdiyini görürük. XIX əsrin əvvəllərindən bəri aşağıdakı hadisələri sadalamaq olar: 1850-ci illərdən Əlcəzairdə fransız müstəmləkəçilərinə qarşı hərəkat, XX əsrin əvvəllərində Osmanlı imperiyasını dağılması dövründə panərəbizm, 1948-ci ildə Ərəb-İsrail müharibəsi bütünlükdə Ərəb dünyasının həyatına böyük təsir göstərmişdir. Ola bilsin ki, 50 illik tsiklik periodun yaxınlaşması müəyyən proseslərə təkan verə bilərdi. Lakin hazırda xarici müdaxilənin birbaşa təsiri ilə yaranan ərəb oyanışından fərqli olaraq bütün digər hadisələr zamanı proseslər ərəblərin xarici müdaxiləçilərə qarşı mübarizəsini əks etdirir. "Ərəb baharı" kimi səciyyələndirilən olayların başlanmasında və dinamikasında güc mərkəzlərinin müdaxiləsi isə proseslərin ərəb sosiumunun daxili tələbatı olmadığı qənaətinə gəlməyə əsas verir.

Görünən odur ki, Qərb ölkələri dünyada gedən siyasi, iqtisadi, hətta müxtəlif tarixi epoxalarda ekoloji proseslərin kataklizm mərhələlərində hər zaman öz inkişaf istiqamətlərinin oriyentirlərini dəyişmiş və buna uyğun yeni dünya nizamı formalaşmışdır.

Hazırda Avropada iqtisadi böhranın qarşısının alına bilinməməsi öz növbəsində ərəb oyanışına rəvac vermişdir. Əsas tələb isə demokratikləşmədir. Ancaq demokratiya üstün dəyər kimi bu gün daha çox siyasi spekulyasiya vasitəsinə, hətta qlobal güc mərkəzlərinin imperiya maraqlarının reallaşdırılmasına xidmət edən alətə çevrilib.

"Demokratiya" mərkəzlərindən ixrac edilən bu cür sosial sifarişlər isə heç də həqiqi demokratiya istəyən xalqların inkişaf səviyyəsi, milli maraqları, adət-ənənələri, dini dünyagörüşü ilə harmoniya təşkil etmir.Dünyada baş verən kataklizmlərin hər zaman süni müdaxiləyə səbəb olduğunu isə tarix artıq dəfələrlə təcrübədə görmüşdür. Qərb hər zaman böhran zamanı öz nicatını xaricdə axtarır. Ərəb oyanışının səbəblərini də məhz bu amillə əlaqələndirmək doğru olar.

Newtimes.az

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Türkiye-Azerbaycan: Savunma iş birliğinden askeri ittifaka
03 noyabr 2017 Anadolu Ajansı

Türkiye-Azerbaycan: Savunma iş birliğinden askeri ittifaka

Türkiye ile Azerbaycan arasındaki kardeşlik bağları Güney Kafkasya stratejik dengesini değiştirecek bir askeri ittifak haline gelmiş durumda.

Davamı...
Баку-Тбилиси-Карс оставляет Армению вне игры?
30 oktyabr 2017 Regnum

Баку-Тбилиси-Карс оставляет Армению вне игры?

«Армения становится тысячелетней слепой совой, сидящей на высоком камне на перекрестке больших дорог»

Davamı...