
Bakı, 27 may 2013 – Newtimes.az
Fransa hökuməti Malinin şimalında üsyançı islamçılarla mübarizə üzrə hərbi əməliyyatın başlamasından dörd ay sonra qoşunların çıxarılmasının ilk iri mərhələsini həyata keçirir. Bu barədə "Frans Press" agentliyi xəbər verir.
Məlumata görə, yaxın saatlarda 80 yük maşınından ibarət karvan Malinin paytaxtı Bamakonun yaxınlığındakı Fransa bazasını tərk edərək cənuba – Kot-d'İvuara yollanacaq.
Xatırladaq ki, prezident Fransua Ollandın vədinə uyğun olaraq, Fransa ötən ay döyüş bölmələrini Mali ərazisindən çıxarmağa başlayıb.
Fransalı hərbi qulluqçular çıxarıldıqdan sonra ölkədə asayişi Mali ordusu və BMT-nin sülhməramlı kontingenti qoruyacaq. Sülhməramlılar iyulda, parlament seçkiləri ərəfəsində ölkəyə gələcəklər.
ABD çekilirse
Çarşamba günü Astana süreci ortakları Rusya, İran ve Türkiye'nin dünyaya bir birlik ve güç mesajı verdikleri çok yazıldı çizildi.
Davamı...