THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Newtimes.az: 2013-cü ilin yekunları

Siz buradasınız: Əsas səhifə »» Haqqımızda »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
99534
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 7 yanvar 2014 – Newtimes.az

Portalın əməkdaşlıq üfüqləri: gələcəyi düşünərək

Artıq iki ilə yaxındır fəaliyyət göstərən Newtimes.az analitik-informasiya portalı Azərbaycan media mühitində özünəməxsus mövqeyə sahibdir. Burada 4 dildə – Azərbaycan, ingilis, rus və türk dillərində dərc edilən analitik məqalələrin tematikası kifayət qədər genişdir. İlk növbədə, beynəlxalq aləmdə baş verən hadisələr diqqət mərkəzində olmuşdur. Portalda dərc olunan həm yerli, həm də xarici müəlliflər beynəlxalq aləmdə baş verən hadisələrə öz baxış bucağından baxmış, hadisə və proseslər təsvir deyil, təhlil olunmuşdur.

Portalda müasir dövrün ən aktual problemlərinin həllinə yanaşmalarda ikili standartlarla bağlı məsələlərə daha çox əhəmiyyət verilir. Eyni zamanda, dünya birliyi qarşısında duran aktual çağırışlara – beynəlxalq təhlükəsizliyi sarsıdan real təhdidlərə (beynəlxalq səhnədə güc metodlarının üstünlük təşkil etməsi, beynəlxalq terrorçu qüvvələrin, mütəşəkkil cinayətkarlığın, separatizmin fəallaşması, sivilizasiyalararası toqquşmalar təhlükəsi, multikulturalizm ideyalarının taleyi) ayrıca yer ayrılır.

Bütün bunların fonunda beynəlxalq səhnədə Azərbaycanın həm dünyanın aparıcı dövlətləri, həm də region ölkələri ilə münasibətlərinin inkişaf dinamikasının müxtəlif aspektlərinə xüsusi diqqət yetirilir. Cənubi Qafqazda münaqişələrin ədalətli həlli və regional inteqrasiya imkanlarının araşdırılmasına həsr edilmiş məqalələr portalda geniş yer almışdır. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinin geosiyasi, siyasi və diplomatik imkanları mövzusunda mütəmadi olaraq analitik yazılar dərc edilmişdir.

Bu xüsusiyyətlərinə görə portalın yüzlərlə məqaləsi ölkənin müxtəlif mətbuat orqanında dərc olunmuşdur. Azərbaycanda "Respublika", "525-ci qəzet", "İki sahil", "Səs", "Yeni Azərbaycan", "Azad Azərbaycan", "New Baku Post", "Şərq", "Zaman", "Millətçilik" və başqa qəzetlərdə bir çox məqalələrimiz işıq üzü görmüşdür. Bundan başqa, ABŞ, Türkiyə, Fransa, İngiltərə, Rusiya, Çin, Almaniya, Birləşmiş Ərəb Əmirlikləri, Livan, İsrail, Hindistan, Ukrayna, Qazaxıstan və digər ölkələrin nüfuzlu "beyin mərkəzləri"nin nəşrlərində, elmi jurnallarda məqalələr getmiş və istinadlar verilmişdir. Məsələn, "Ceymstaun" Fondu (ABŞ), Vudro Vilson adına Beynəlxalq Elmi Mərkəz (ABŞ), Amerika Neft İnstitutu, Mərkəzi Asiya və Qafqaz İnstitutu (ABŞ), Geosiyasi Təhlil və Monitorinq Mərkəzi (ABŞ) və s. kimi analitik qurumların nəşrlərində, həmçinin "Foreign Policy Magazine", "Central Asia and the Caucasus", "Uluslararası Hukuk ve Politika", "Akademik Perspektif", "Forbes", "Newsweek", "Международные процессы" jurnallarında portalda dərc edilən materiallara istinadlar olmuşdur.

Türkiyənin tanınmış Beynəlxalq Siyasət Akademiyasında (UPA), Beynəlxalq Strateji və Təhlükəsizlik Araşdırmaları Mərkəzində (USGAM) və Türkiyə Siyasət və Araşdırma Mərkəzində ("Analiz Türkiyə"), Birləşmiş Ərəb Əmirliklərinin Orta Şərq və Körfəz Hərbi Təhlil İnstitutunda, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun (MDBMİ) nəzdində fəaliyyət göstərən Beynəlxalq Tədqiqatlar İnstitutu və Hərbi-Siyasi Araşdırmalar Mərkəzində, Rusiyanın Xəzər Əməkdaşlığı İnstitutunda, Ukraynanın Qlobal Transformasiyalar İnstitutunda məqalələr verilmişdir. "Wikipedia" beynəlxalq elektron ensiklopediyası, "History of Truth" (ABŞ), Inosmi.ru, Russia.Post.su, Politobzor.net, Oilru.com (Rusiya), Centrasia.ru, Respublika-kz.info (Qazaxıstan), Fergananews.com (Özbəkistan), Kyrgyztoday.kg (Qırğızıstan) kimi saytlar isə mütəmadi olaraq portalın materiallarına müraciət etmişlər.

Portalda dərc edilən məqalələrə bu qədər geniş marağın olmasının əsas səbəbləri arasında təhlillərin və proqnozların elmi-nəzəri cəhətdən əsaslandırılmış, reallıqlara yaxın olmasının və bir çox hallarda özünü doğrultmasının rol oynadığını düşünürk.

Məsələ ondan ibarətdir ki, Newtimes.az daima dünyanı əhatə edən geosiyasi, siyasi, iqtisadi və mədəni proseslərə diqqət yetirmişdir. Amerika qitəsindən tutmuş Uzaq Şərq və Sakit okean hövzəsinə qədər geniş bir məkanda cərəyan edən geosiyasi proseslərin təhlilinə baş vurmuşdur. Hadisələrin gedişi göstərmişdir ki, portalda dərc edilən məqalələrdə verilən proqnozlar, əsasən, təsdiqini tapmışdır. Məsələn, XXI əsrin ikinci onilliyində beynəlxalq aləmdə gedən proseslərin yeni bir güc mərkəzinin – ikinci qütbün yaranmasına gətirib çıxara biləcəyi haqqında verdiyimiz proqnoz özünü tamamilə doğrultmuşdur. Bunu Avrasiya İttifaqı və Gömrük İttifaqının yaradılması timsalında görə bilərik.

Newtimes.az Yaxın Şərqdə gedən aktual geosiyasi hadisələr, o cümlədən "Ərəb baharı" adlanan proses haqqında öz proqnozlarını vermişdi. Həmin kontekstdə Suriya, Misir, İraq, Əfqanıstan və Türkiyənin geosiyasi mövqeyi barədə fikirlər irəli sürülmüşdü. "Ərəb baharı"nın mahiyyət və məqsədinin qeyri-müəyyən olduğu tezisi söylənmişdi. Bu aspektdə bölgə dövlətlərinin geosiyasi mövqelərində də qeyri-müəyyənliklərin qalacağı, regional güclər arasında nüfuz uğrunda mübarizənin yeni kəskin çalarlar kəsb edəcəyi proqnozlaşdırılmışdı. Hazırda baş verən hadisələr bunu təsdiq etməkdədir.

İran probleminin sülh, qarşılıqlı anlaşma yolu ilə həll olunma şansının yüksək olduğu haqqında verdiyimiz proqnozlar da özünü doğrultdu. Hesab edirik ki, həmin istiqamətdə proseslər daha da inkişaf edəcək.

Cənubi Qafqaz və Xəzər hövzəsi həmişə portalın diqqət mərkəzində olmuşdur. Burada geosiyasi hadisələrin getdikcə daha mürəkkəb xarakter alacağı və böyük dövlətlərin nüfuz uğrunda mübarizəsinin yeni kəskinlik səviyyəsinə qalxa biləcəyi ilə bağlı verdiyimiz proqnozlar da təsdiqini tapmışdır. Həmin kontekstdə Azərbaycanın Avropa və ABŞ üçün əhəmiyyətinin Qərb siyasətşünasları tərəfindən etiraf olunacağı haqqında yazmışdıq. C.Fridman, B.Şaffer və A.Petersonun portalımızda şərhini verdiyimiz məqalələri bunu təsdiqlədi.

Mərkəzi Asiya ilə bağlı proqnozlarımızda region dövlətləri arasında ziddiyyətlərin kəskinləşə biləcəyini vurğulamışdıq. Hazırda həmin bölgədə vəziyyət gərgindir. Bununla yanaşı, Rusiya, ABŞ və Çinin Mərkəzi Asiyada geosiyasi mübarizəsinin güclənəcəyini təxmin etmişdik. Son aylarda həmin regionla bağlı böyük dövlətlərin atdığı addımlar bu proqnozun doğru olduğunu göstərdi.

Newtimes.az Uzaq Şərq regionu haqqında ayrıca proqnozlar vermişdi. Burada, əsasən, ABŞ-la Çinin qarşıdurmasının güclənəcəyini əvvəlcədən söyləmişdik. Paralel olaraq regionun bəzi dövlətləri ilə Pekinin münasibətlərində gərginliklərin meydana çıxacağını ifadə etmişdik. İndi Uzaq Şərqdə müşahidə edilən hadisələr bu təxminləri də təsdiqləməkdədir.

Bütün bunların nəticəsidir ki, dünyanın bir neçə "beyin mərkəzi" və analitik-informasiya qurumları ilə əməkdaşlıq əlaqələri yaradılmışdır. Həmin sırada ABŞ-ın "İrs" Fondunu, Türkiyənin Beynəlxalq Strateji Araşdırmalar Qurumunu (USAK), Strateji Düşüncə İnstitutunu, Rusiyanın Strateji Qiymətləndirmə və Proqnozlar Mərkəzini, Ukraynanın Qlobal Transformasiyalar İnstitutunu, Litvanın Geosiyasi Tədqiqatlar Mərkəzini və digərlərini göstərmək olar.

Azərbaycan faktoru: strateji məqam

Portalın fəaliyyəti yalnız beynəlxalq miqyasda baş verən geosiyasi hadisələrin təhlili ilə məhdudlaşmır. Biz Azərbaycanın daxili siyasətini, cəmiyyətin müxtəlif sahələri üzrə həyata keçirilən islahat proqramlarını, enerji siyasətini, dövlət quruculuğu kursunu və regional inteqrasiyadakı rolunu geniş təhlil edən məqalələr dərc etmişik. Həmin bağlılıqda mütəmadi olaraq uğurlu xarici və daxili siyasətin analizini vermişik. Bu məsələyə Newtimes.az həmişə olduqca vacib və aktual məqam kimi yanaşmışdır.

Newtimes.az portalının təşəbbüsü ilə 2013-cü ilin əvvəllərində "Facebook"-da "Prezidentə dəstək – 2013" adlı qrup yaradılmışdır. Qısa müddət ərzində Azərbaycan Respublikasının Prezidentini dəstəkləyən 430 mindən çox istifadəçi qrupa qoşulmuşdur.

Heç şübhəsiz, Newtimes.az əldə etdiyi nailiyyətlərlə kifayətlənmək fikrində deyil. Yaradıcı kollektivin ciddi hədəfləri vardır. Yaradıcılıq aspektində mövzuların əhatə dairəsini daha da genişləndirmək planı mövcuddur. Ölkədə, regionda və dünyada baş verən geosiyasi, iqtisadi, siyasi və mədəni proseslərə daha operativ münasibət bildirməyin yeni modelinin axtarışındayıq.

Bunun üçün bəzi yeniliklərin edilməsi mümkündür. Aparılan analizlərin nəticələri haqqında ictimaiyyətin çevik surətdə məlumatlandırılması üçün bir sıra layihələrin reallaşdırılması üzərində düşünürük. Konfransların, "dəyirmi masa"ların və seminarların təşkil edilməsi mümkündür. Burada əsas məqsəd portalın həm analitik imkanlarını artırmaqdan, həm də görülən işlərin geniş təbliğini həyata keçirməkdən ibarətdir. Həmin kontekstdə xarici əlaqələrin yeni səviyyəyə qaldırılması vacib vəzifələrdən biri kimi görünür.

2013-cü ildə məqalələrimiz artıq kitab halında Azərbaycan dilində "Qlobal siyasət: təhdidlər, çağırışlar, ümidlər" və rus dilində "Кто прав тот и силнее?" adı ilə çap edilmişdir. Bu da Azərbaycan media məkanında elektron kütləvi informasiya vasitələri arasında özünəməxsusluğun göstəricisidir.

Beləliklə, Newtimes.az Azərbaycan informasiya məkanında beynəlxalq aləmdə baş verən hadisələrə gündəlik yer verən, təhlil və proqnozlarını elmi cəhətdən əsaslandıran analitik-informasiya portalı kimi özünəməxsus üslubunu qoruyur. Saytın ətrafında beynəlxalq mövzuda öz təhlilləri ilə yadda qalan həm yerli, həm xarici müəlliflər qrupu formalaşır. Fəaliyyət göstərdiyi qısa müddət ərzində Rusiya, Türkiyə, Qazaxıstan, Litva və digər xarici ölkələrin media orqanları və araşdırma mərkəzləri ilə yaradılan əlaqə hesabına Azərbaycan həqiqətləri müxtəlif ölkələrdə işıqlandırılır. Biz dünyanın informasiya meydanında mübarizə aparan, öz yeri və sözü olan media orqanı kimi fəaliyyətimizi davam etdirmək əzmindəyik və bu yolda bizimlə əməkdaşlıq edən bütün tərəfdaşlarımıza minnətdarlığımızı bildiririk!

Newtimes.az

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

İran-Rusya ittifakının geleceği ve Trump politikaları
13 fevral 2017 Anadolu Ajansı

İran-Rusya ittifakının geleceği ve Trump politikaları

ABD Başkanı Trump'ın işbaşına gelmesiyle ABD-Rusya ilişkilerinin düzene gireceğine dair işaretler, İran'ı yeniden hedef haline getirdi.

Davamı...
How To Address Strategic Insecurity In A Turbulent Age
03 yanvar 2017 The Huffington Post

How To Address Strategic Insecurity In A Turbulent Age

The ideal geopolitical response to the crisis of global power is a trilateral connection between the United States, China and Russia.

Davamı...