THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

"Newtimes.az" portalının bir yaşı tamam oldu

Siz buradasınız: Əsas səhifə »» Haqqımızda »»
 3 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
2194
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 15 aprel 2013 – Newtimes.az

"Newtimes.az” analitik-informasiya portalı yubileyini qeyd edir. Bir il əvvəl o, ilk addımını atıb. Bu gündən baxanda başlanğıc maraqlı görünür. Çünki portalın uğurları az deyil və öz gələcəyinə inanır. Böyük Yolun yolçuları yorulmaz!

"Newtimes.az” portalının media meydanına çıxmasından bir il keçir. Portalda məlumatlar dörd – Azərbaycan, türk, ingilis və rus dillərində təqdim olunur. Elektron mədəniyyət dövründə az müddət deyil. İndi 1 saniyədə 30 cild informasiya ötürməyə imkan verən texnologiyalar mövcuddur. Bir ildə 31.536.000 saniyə vardır! Onda indiki mərhələdə bir il müddətində 946.080.000 informasiya yaymaq olar. Böyük imkandır. Bu müddət ərzində "Newtimes.az” həmin imkandan səmərəli istifadə edib. Bunu portalda dərc edilən mövzuların rəngarəngliyi, məzmunu və oxucuların diqqətinin daim artması təsdiq edir.

Portal keçən müddətdə geosiyasət, siyasət, iqtisadiyyat, təhlükəsizlik və digər sahələrə aid təhlillər dərc edib. Məqalələrdə qoyulan məsələlərin analizi ilə yanaşı, müəyyən proqnozlar da yer alıb. Məsələn, qlobal geosiyasətdə baş verən hadisələrə müasir nəzəriyyələrin işığında nəzər salınmaqla bərabər, proseslərin inkişaf tendensiyası haqqında da proqnostik tezislər irəli sürülüb. Proseslər həmin proqnozların əksəriyyətinin düzgün olduğunu sübut edib.

Burada bir mühüm faktoru vurğulamaq gərəkdir. "Newtimes.az” bütün təhlil və proqnozlarında ədalətli dövlətçilik mövqeyindən çıxış edib. Peşəkarlar bilirlər ki, hər bir elmi-nəzəri yanaşmada konkret məqsəd və maraq mövcuddur. Məlumdur ki, müasir dünyanın tanınmış analitiklərinin təhlillərinin əsasında konkret məqsəd və maraqlar durur. Onların fikirlərinin inkişafı məhz bu istiqamətdə davam edir, ona uyğun nəticələr hasil edilir.

Bütün bunlara görə, "Newtimes.az” analizlərini dövlətin və cəmiyyətin gələcəyi aspektində aparıb. Etiraf edək ki, maraqlı qənaətlər əldə edilib. Onlara oxucu reaksiyaları da kifayət qədər aktiv olub. Xüsusilə, regional problemlərə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli ilə bağlı məsələlərə, aktual qlobal geosiyasi proseslərin Cənub Qafqaza mümkün təsirlərinə həsr edilmiş yazılar maraqla qarşılanıb.

Bunlardan başqa, Azərbaycanın mədəniyyətlərarası və dinlərarası dialoqla bağlı həyata keçirdiyi tədbirlərin təhlili diqqətlə oxunub. Ölkəmizin BMT TŞ-nin üzvü olması ilə əlaqəli təhlil və proqnozlar oxucuları xeyli dərəcədə maraqlandırıb. Həmin sırada bir sıra müsahibələrdə ifadə edilən fikirlər diqqətləri cəlb edib. Bu da onu göstərir ki, "Newtimes.az” mövzuları və müsahibləri uğurla seçib.

Şərqdə ilk dünyəvi, demokratik respublikanın elan edilməsinin 95 illiyi münasibətilə "Newtimes.az” portalı məqalə müsabiqəsi keçirib. Çoxlu sayda yazılar daxil olub. Müsabiqənin uğurla yekunlaşacağına şübhə yoxdur. Ən yaxşı hesab edilən yazılar mükafatlanıdırılacaqlar. Portalın oxucular arasında daha da populyarlaşacağına şübhə etmirik.

"Newtimes.az” dünyanın geosiyasi problemləri və ölkənin ictimai-siyasi həyatı ilə əlaqəli olan aktual məsələlər haqqında ekspertlərin fikirlərini də dərc edir. Bunlarla yanaşı, müəllif materialları portalda yer alır. Nəticədə geniş oxucu auditoriyası formalaşıb. Eyni zamanda, portalda dərc edilən materiallara reaksiyalar artır. Bu onu göstərir ki, portalla oxucular arasında faydalı əməkdaşlıq münasibətləri yaranıb. Biz hər bir oxucunun rəyini qiymətləndiririk.

Portalın gələcək planları da mövcuddur. Bundan sonra həm mövzu dairəsini genişləndirmək, həm də analizləri dərinləşdirmək məqsədimiz vardır. O cümlədən, dünyanın məşhur analitik-informasiya mərkəzlərinin və tanınmış jurnalların materiallarını azərbaycanlı oxuculara təqdim etmək işini davam etdirəcəyik. Bununla müasir dünyanın geosiyasətə, siyasətə, iqtisadiyyata, mədəniyyətə aid aparıcı fikirləri ilə ölkə vətəndaşlarının operativ tanış olması imkanları daha da genişlənəcək. Ümid edirik ki, "Newtimes.az” bu gün olduğu kimi, gələcəkdə də oxucuların səmərəli informasiya vasitəsi olacaq.

Newtimes.az

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Will Qatar's Diplomatic Exile Spark the Next Great War?
05 iyun 2017 Foreign Policy

Will Qatar's Diplomatic Exile Spark the Next Great War?

The Sunni Gulf powers have long been spoiling for a fight with Iran. This could be just the excuse they need.

Davamı...
China's Belt and Road to Nowhere
21 may 2017 The National Interest

China's Belt and Road to Nowhere

Beijing's mixture of political and economic priorities may not result in an overall Belt and Road policy formula that is workable.

Davamı...