THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

"Newtimes.az" – 2013: yeni hədəflərin izində

Siz buradasınız: Əsas səhifə »» Haqqımızda »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
14663
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Hörmətli oxucular,

Artıq doqquz aydır ki, "Newtimes.az” analitik informasiya portalı fəaliyyət göstərir. İşə başlayanda əsas məqsəd geosiyasi və siyasi prosesləri təhlil etməkdən ibarət idi. O cümlədən, beynəlxalq aləmdə baş verən hadisələrə xüsusi diqqət yetirilməsi nəzərdə tutulmuşdu. Bunların fonunda proseslərin mahiyyəti haqqında oxuculara tərəfsiz, obyektiv, əsaslandırılmış mövqe bildirmək hədəf kimi seçilmişdi. Düşünürük ki, həmin məqsədlərə nail olmuşuq.

Portalda dərc edilən analitik məqalələrə və informasiyalara hörmətli oxucularımızın həssaslıqla münasibət bildirməsi bunun sübutudur. Keçən müddət ərzində "Newtimes.az” dünyada gedən müxtəlif proseslərin obyektiv və arqumentli təhlili üzrə ölkənin elektron KİV-i arasında öz yerini tutmuşdur. Portalda verilən yazıların reytinq cədvəlinin daim dəyişməsi göstərir ki, oxucular müxtəlif mövzulara maraq göstərirlər. Buna yalnız zəngin mövzu çeşidi və dərin təhlili yazılar vasitəsi ilə nail olmaq mümkündür.

Etiraf edək ki, seçdiyimiz yolun çətinlikləri çoxdur. Onları bir neçə qrupa bölə bilərik. Hər şeydən əvvəl, XX əsrdə bir-birinə qarşı duran iki qütbdən birinin iflasından sonra hadisə və proseslər daha da mürəkkəbləşib. Onların intensivliyi yüksəlib. Bu da baş verənlərin mahiyyətinə varmağı xeyli çətinləşdirir.

Başqa bir maneə planetin informasiya təminatında hökm sürən monopoliya ilə əlaqəlidir. Çünki bu monopoliyanı məqsədli istifadə edən siyasətçilər, politoloqlar, ictimai-siyasi xadimlər kifayət qədərdir. İnhisarçı media orqanları çox tez-tez heç bir sosial-siyasi əhəmiyyəti olmayan informasiyanı xüsusi canfəşanlıqla təbliğat vasitəsinə çevirir, məqsədlərinə çatmaq üçün istədikləri formada təqdim edirlər. Bu kimi halların əsl mahiyyətini oxucuya çatdırmaq incə analitik və təbliğat fəaliyyəti tələb edir. Hesab edirik ki, "Newtimes.az” bu istiqamətdə irəliləyir.

Sirr deyil ki, bəzən məkrli informasiya təminatı kobud və açıq-aydın aparılır. Müasir dövrdə informasiyaya ədalətli, tərəfsiz, həssas yanaşmanın nə dərəcədə mühüm əhəmiyyət daşıdığını nəzərə alsaq, bunun çox təhlükəli olduğunu anlamış olarıq. Ümumiyyətlə, ədalət prinsipinə həmişə əməl edilməlidir. Biz məhz bu mövqedən çıxış edərək, qərəzli informasiya təminatına qarşı durmağa çalışırıq.

Fəaliyyətimizdə bir istiqaməti də vurğulamağa ehtiyac görürük. Dünyanın böyük dövlətləri ikili siyasət yeritməyə meyllidirlər. Onlar hətta çox zaman dost, tərəfdaş dövlətlərin maraqlarına belə laqeyd münasibət nümayiş etdirirlər. Bu, beynəlxalq münasibətlərə mənfi təsir göstərir və dövlətlərin bir-birinə inamını azaldır. Nəticədə, beynəlxalq münasibətlərdə gərginlik yaranır, bloklaşma meylləri güclənir. Bu kimi halların aşkar edilməsində, onun əsas cəhətlərinin müəyyənləşdirilməsində KİV-in rolu əvəzsizdir. "Newtimes.az” məsələnin bu tərəfinin təhlilinə xüsusi yer ayırdı.

Nəhayət, 2012-ci ildə geosiyasi, siyasi, iqtisadi-maliyyə sahələrində baş verən ziddiyyətli və sürətli proseslərin yaratdığı mürəkkəb vəziyyəti qeyd etməliyik. Həmin proseslərin obyektiv və dolğun təhlili digər səbəblərlə yanaşı, həm də ona görə əhəmiyyətlidir ki, onlar insanların psixologiyasına mənfi təsir edir, qorxu hissi aşılayır. Real analiz isə həm vəziyyətə aydınlıq gətirir, həm də vətəndaşların mənəvi rahatlığına kömək edir. Hesab edirik ki, hər bir KİV orqanı bu məqamı yaddan çıxarmamalıdır, fəaliyyətində nəzərə almalıdır. "Newtimes.az” 2012-ci ildə bu problemə böyük diqqət yetirdi.

2013-cü ildə də beynəlxalq vəziyyətin mürəkkəb olaraq qalması ehtimal olunur. Proseslərin dərindən və əsaslı analiz edilməsi aktuallığını saxlayır. Biz 2013-cü il üçün hədəflərimizi müəyyənləşdirmişik. O, 2012-ci ildə seçilmiş kursun davamından ibarətdir. Başladığımız işi daha da inkişaf etdirmək və təkmilləşdirməkdə qərarlıyıq.

Dünyanın müxtəlif regionları uğrunda böyük dövlətlərin daha kəskin mübarizə apardığı məlumdur. Bəzən bu, silahlı toqquşmalarla müşayiət olunur. Məsələn, "ərəb baharı” adlanan proses 2012-ci ildə çoxlu sayda problemlər yaratdı. Onlar həm regional, həm də qlobal geosiyasi faktorlarla əlaqəlidir. Bundan başqa, yola saldığımız il ABŞ və Çinin Uzaq Şərqdə geosiyasi mübarizəsinin daha da kəskinləşməsi ilə yadda qaldı. Çox güman ki, bu proseslər 2013-cü ildə də davam edəcək. Onların analizi olduqca aktualdır.

Qlobal miqyasda digər vacib məsələ 2012-ci ildə dünyada maliyyə-iqtisadi sahədə böhranın kəskinləşməsi nəticəsində yaranan vəziyyətlə əlaqəlidir. Avrozona ciddi sınaq qarşısındadır. Bir çox Avropa ölkəsinin iqtisadi sisteminin çökməsi təhlükəsindən danışılır. Bu proses dünyanın bütün regionlarına təsirini göstərir. Yeni ildə qlobal maliyyə sisteminin xilas edilməsi ətrafında müzakirə və mülahizələrin aktual məsələlərdən biri olacağı ehtimalı çoxdur.

Yeni ildə ölkədə baş verən sosial-siyasi, iqtisadi və mədəni proseslərin geniş və dərindən təhlilinə xüsusi diqqət yetirəcəyik. Azərbaycan bütün sahələrdə böyük uğurlar əldə edir. Ölkə rəhbərliyinin həyata keçirdiyi müxtəlif proqramların məzmunu və əhəmiyyəti dərindən analiz ediləcəkdir. Mədəniyyətlərarası dialoq, dini tolerantlığın inkişafı, regional inteqrasiya və münaqişələrin dinc yolla həll edilməsi istiqamətlərində Azərbaycanda görülən işlər, dövlət quruculuğunun hazırkı mərhələsinin əsas xüsusiyyətləri haqqında da yazılar təqdim olunacaqdır.

Regionda cərəyan edən müxtəlif xartakterli hadisələrin Azərbaycan oxucusuna vaxtında və düzgün məzmunda çatdırılması həlli aktual olan məsələdir. Ölkə KİV-nin bu problemə diqqətini artırması müsbət nəticələr verə bilər. İndi vəziyyət elədir ki, Azərbaycana qonşu olan ölkələrdə proseslər sürətlə və bir çox aspektdə paradoksal şəkildə baş verir. Onların mahiyyətinin azərbaycanlı oxuculara açılması olduqca əhəmiyyətlidir. İnsanlar yanlış təsəvvürlərə qapılmamalı, obyektiv reallığı görməlidirlər. Bunları nəzərə alaraq biz, Azərbaycanın yerləşdiyi regionda baş verən hadisələrin çevik və dərin analizlərlə təqdim edilməsinə səy göstərəcəyik.

Hesab edirik ki, qlobal miqyasda gedən geosiyasi, siyasi, iqtisadi və s. proseslərin təhlili əsas vəzifəmiz olaraq qalacaqdır. Dünya ölkələri arasında qarşılıqlı əlaqələr o qədər genişlənib ki, istənilən yerdə baş verən hansısa hadisə ən uzaq regionlara belə təsir edir. Onların zamanında dərk edilməsi və geniş oxucu kütləsinə çatdırılmasının əhəmiyyəti böyükdür. Təbii ki, bu işdə dünyanın aparıcı analitik mərkəzlərinin araşdırmalarına da ciddi yer verməyin mənası vardır. "Newtimes.az” problemin hər iki aspektinə böyük diqqət yetirməkdə qərarlıdır.

Portal yeni ildə bütün bu məsələləri əhatə edən yazılarla Sizin görüşünə gələcək. Düşünürük ki, 2012-ci ildə olduğu kimi, 2013-cü ildə də birgə səylərimizlə regionda və beynəlxalq aləmdə gedən prosesləri araşdıraraq, təhlil edərək ədalətli mövqenin formalaşmasına öz töhfəmizi verməyə çalışacağıq. Bu vacib missiyanın həyata keçirilməsində hamımıza bir daha uğurlar arzulayırıq.

Newtimes.az

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Will Qatar's Diplomatic Exile Spark the Next Great War?
05 iyun 2017 Foreign Policy

Will Qatar's Diplomatic Exile Spark the Next Great War?

The Sunni Gulf powers have long been spoiling for a fight with Iran. This could be just the excuse they need.

Davamı...
China's Belt and Road to Nowhere
21 may 2017 The National Interest

China's Belt and Road to Nowhere

Beijing's mixture of political and economic priorities may not result in an overall Belt and Road policy formula that is workable.

Davamı...